20 iyun 2026
Alqı-satqıdan əvvəl əmlakın qiymətləndirilməsinə düzgün yanaşma
Əmlak əməliyyatından əvvəl obyektin təxmini bazar dəyərini bilmək vacibdir — bu, satışda ucuz qiymətə razılaşmaqdan və ya alışda artıq ödəməkdən qaçmağa kömək edir. İlkin oriyentir saytımızdaki onlayn kalkulyator vasitəsilə əldə edilə bilər, o, sahəni, rayonu, vəziyyəti və əmlak növünü nəzərə alır.
Bununla belə, qeyd etmək lazımdır ki, hüquqi qüvvəyə malik rəsmi qiymətləndirməni — bank, notarius və ya məhkəmə üçün — yalnız Qiymətləndiricilər Palatasının üzvü olan sertifikatlı qiymətləndirici həyata keçirə bilər. Rəsmi qiymətləndirmə hesabatına ehtiyacınız varsa, saytda hesablamadan sonra bizimlə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz.